Nazikçiçәk ilan soğanı
Hündürlüyü 30-50 sm olan bitkidir. Soğanağı yumurtaşəkilli, diametri 2-3 sm olub, boz və ya sarımtıl-boz rəngli qını vardır.
== Yarpaq ==
Yarpaqları xətvari və yaxud ensizxətvaridir,demək olar ki, gövdənin uzunluğuna bərabərdir.
== Çiçək ==
Çiçəkləri uzunluğu 20-35 sm olan,uzun sıx uzunsov salxımda toplanmışdır; bar verməyən çiçəklərinin rəngi göy-bənövşəyi olub, çoxsaylıdır, nazik borucuğaoxşardır və uzunluğu çiçəklərin uzunluğuna bərabər və ya ondan azacıq uzun olan saplaq üzərində yerləşmişdir. Bar verən çiçəklərin saplağı üfüqi və yaxud yana əyilmişdir və çiçəklərdən biraz qısadır.
== Meyvə ==
Qutucuq şarşəkillidir.
== Çiçəkləməsi ==
İyun
== Meyvə verməsi ==
İyun-İyul
== Azərbaycanda yayılması ==
BQ (Quba),BQ şərq. Subalp və alp qurşaqlarında, nadir hallarda orta dağ qurşağında.
== Yaşayış mühiti ==
Daşlı-çınqıllı yamaclarda,kserofit qruplar arasında, kəsilmiş meşələrdə,kolluqlar arasında, nadir halda çəmənlərdə rast gəlinir.